AMEA – Memarlıq və İncəsənət İnstitutu
  • English
  • Русский
  • Azərbaycan
 
 
 
 
 

Üzeyir Hacıbəyli

 

 

Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın  Ağcabədi kəndində anadan olmuş və 1948-ci ilin 23 noyabrında Bakıda  vəfat etmişdir. Bəstəkar Üzeyir Hacıbəyli Müasir Azərbaycan musiqişünaslığının, həm də Azərbaycan milli harmoniya və polifoniyasının da əsasını qoymuşdur.

Ilk təhsilini  Şuşanın  rus-azərbaycan  məktəbində almış,1899-cu ildə həmin məktəbi bitirmişdir. Hacıbəyli 1897-ci ildə Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin “Leyli və Məcnun” poeması əsasında göstərilmiş “Məcnun Leylinin məzarı üstundə” adlı musiqili səhnəcikdə xor dəstəsində iştirak etmişdir. 1899-1904-cü illərdə Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır. 1904-1905-ci illərdə Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir. 1905-ci ildə bəstəkar Bakıya köçmüş, ədəbi-publisistik fəaliyyətə başlamışdır. 1907-də Üzeyir bəyin tərtib etdiyi “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti” çapdan çıxmışdır. “Hesab məsələləri” kitabını da bu zaman yazmışdır.
1908-ci ilin 12 yanvarında professional Azərbaycan musiqisinin əsasını qoymuş “Leyli və Məcnun” operasının ilk tamaşası olmuşdur.
1919-cu ildə  Hacıbəyli  “Azərbaycan” qəzetinin redaktoru  vəzifəsinə təyin olunmuş və 1920-cu il aprelin 28-dək bu vəzifədə çalışmışdır.
1920-ci ildə Hacıbəyli musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə Konservatoriyanın yaradılması üçün proqram kimi təsdiq edilmişdir. 1937-ci ilin 30 aprelində Bakıda “Koroğlu” operasının ilk tamaşası olmuşdur.1940-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında  “Azərbaycan xalq musiqisinin əsasları”  mövzusunda məruzə etmiş, professor  adı almışdır. 1944-cü ilin dekabrında Azərbaycan Dövlət Simfonik Orkestrinə Hacıbəyliun adı verilmişdir.
1945-də bəstəkarın “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası nəşr olunmuş, 1946-da “Arşın mal alan” kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.

Azərbaycan opera sənətinin əsasını qoymuş dahi bəstəkar,görkəmli dramaturq,publisist,pedaqoq,bütöv musiqi-estetik konsepsiya yaratmış böyük nəzəriyyəçi  Üzeyir Hacıbəyliun yaradıcılıq yolu Azərbaycan  musiqi mədəniyyətinin yaranma və inkişaf tarixinin mühüm dövrünü əks etdirir. Ona görə təsadüfi deyil ki, Üzeyir Hacıbəyliun anadan olduğu günü – 18 sentyabrı rüspublikanın ictimaiyyəti musiqi bayramı kimi qeyd edir.

Üzeyir Hcıbəyov Azərbaycan Dövlət himninin müəllifidir. Istedadlı ictimai xadim və müəllim Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmış, Azərbaycan Dövlət Konservatoriyasının professoru və rektoru olmuş,Azərbaycan SSR Elmlər Akademiyasının Elmi-tədqiqat incəsənət institutuna rəhbərlik etmiş,akademiyanın həqiqi üzvü olmuşdur. “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

Hacıbəyliun ölümündən sonra  Bakı Dövlət konservatoriyası,Bakıda küçə dahi bəstəkarın adını daşıdı. Bakıda onun abidəsi ucaldıldı. Şuşa və Bakıda bəstəkarın ev muzeyləri açıldı,iki seriyalı bədii televiziya filmi çəkildi,AMEA onun musiqi əsərlərinin akademik nəşrinin beş kitabdan ibarət üç cildini çapdan buraxdı.

 



25 October 2011

2010-cu ilin 27 sentyabrında Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı imzaladığı sənədə görə Özbəkistanın Rəssamlıq Akademiyası ilə Azərbaycanın Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu